'Neftçi' Türkiyənin 'Sivasspor' klubu ilə qarşılaşacaq

'Neftçi' Türkiyənin 'Sivasspor' klubu ilə qarşılaşacaq

Bakı. 19 dekabr. Bakının 'Neftçi' klubunun Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışındakı ilk rəqibi müəyyənləşib.

'Xeberler.ru'un məlumatına görə, 'ağ-qaralar' 'Sivasspor'la qüvvəsini sınayacaq.

Oyun yanvarın 8-də baş tutacaq. Toplanış ərzində Elxan Məmmədovun rəhbərlik etdiyi komandanın 5 yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, 'Neftçi' yanvarın 4-dən 21-dək qış hazırlığını davam etdirəcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər