“Neftçi” klubunun Avropa Liqasına hazırlıq proqramı müəyyənləşib

“Neftçi” klubunun Avropa Liqasına hazırlıq proqramı müəyyənləşib

Bakı. 11 iyun. “Neftçi” futbol klubunun 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib. 

'Xeberler.ru'un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda istirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.

“Neftçi” iyunun 22-dək paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində 'ağ-qaralar' 4 yoxlama görüşü keçirəcək. Rəqiblərin adları hələlik açıqlanmır. 

Qeyd edək ki, 'Neftçi' 2018-2019 mövsümündə Avropa Liqasında mübarizə aparacaq. I təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da keçiriləcək. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər