'Neftçi' 'İnter'lə oyuna 1949-1950-ci illərin forması ilə çıxıb - VİDEO

'Neftçi' 'İnter'lə oyuna 1949-1950-ci illərin forması ilə çıxıb - VİDEO

'Neftçi' komandası Azərbaycan Premyer Liqasının XXIII turunda 'İnter'lə baş tutan oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib

Bakı. 18 mart. 'Neftçi' komandası Azərbaycan Premyer Liqasının XXIII turunda 'İnter'lə baş tutan oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

'Xeberler.ru'un məlumatına görə, saat 19:37-də başlanan qarşılaşmaya flaqmanın futbolçuları sovet dövründə olduğu kimi, 1-dən 11-dək nömrəli formalarla məşhur 'Futbol marşı'nın sədaları altında çıxıblar.

Formalar isə komandanın 1949-1950-ci illərdə geyindiyi görkəmdə, qapıçı isə kepkada olub. Topa ilk zərbəni Kazbek Tuayevlə Çingiz İsmayılov endirib. Onlar meydanın mərkəzində topla fint də ediblər.


Mənbə: Report.az

Reklamlar