'Neftçi' - 'Qarabağ' oyunu El Klasikoya görə tez start götürəcək

'Neftçi' - 'Qarabağ' oyunu El Klasikoya görə tez start götürəcək

Bakı. 22 oktyabr.  Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib. 

'Xeberler.ru' çempionatın yayımçısı 'CBC Sport' telekanalına istinadən xəbər verir ki, tura oktyabrın 27-də 'Sumqayıt' - 'Qəbələ' matçı ilə start veriləcək. Həmin qarşılaşma saat 16:00-da başlayacaq. 'Sabah' və 'Zirə' arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək. 

Növbəti günün ilk görüşündə 'Səbail' və 'Keşlə' komandaları üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Tura mərkəzi qarşılaşma hesab olunan 'Neftçi' - 'Qarabağ' matçı ilə yekun vurulacaq. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandaların dueli saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması İspaniya La Liqasında El Klasiko adlandırılan 'Barselona' - 'Real Madrid' matçının saat 19:15-də başlaması ilə əlaqədardır. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər