'Napoli'nin 4 azarkeşi 'İnter'lə oyundan əvvəl bıçaqlanıb

'Napoli'nin 4 azarkeşi 'İnter'lə oyundan əvvəl bıçaqlanıb

Bakı. 27 dekabr.  Futbol üzrə İtaliya A Seriyasında XVIII turun “İnter” – “Napoli” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında münaqişə baş verib.

“Xeberler.ru” “Football Italia”ya istinadən xəbər verir ki, dava-dalaş nəticəsində qonaqların 4 fanatı bıçaqlanıb. Onlardan qarın nahiyəsindən bıçaq yarası alan 43 yaşlı azarkeşin xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər 3 nəfər isə yüngül xəsarət alıb.

Bundan başqa, dava zamanı “İnter” azarkeşlərindən biri yaxınlıqdan keçən avtomobil tərəfindən vurulub. Həmin şəxsin durumu ağır qiymətləndirilir.

Qeyd edək ki, oyun “İnter”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahibləri Lautaro Martinesin 90+2-ci dəqiqədə vurduğu qolla qalib gəliblər.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər