'Mançester Yunayted' 0:2 hesabı ilə uduzduğu matçı 90-cı dəqiqədə vurduğu qolla qazanıb

'Mançester Yunayted' 0:2 hesabı ilə uduzduğu matçı 90-cı dəqiqədə vurduğu qolla qazanıb

Bakı. 6 oktyabr. 'Mançester Yunayted' futbol üzrə İngiltərə çempionatının 8-ci turunda öz meydanında qəbul etdiyi 'Nyukasl'ı 3:2 hesabı ilə məğlub edib.

“Xeberler.ru” xəbər verir ki, görüş Mançester şəhərinin 'Old Trafford' stadionunda baş tutub.

Qonaqlar oyuna fəal başlayıblar və artıq 10-cu dəqiqədə rəqibin qapısından iki top keçirməyə müvəffəq olublar: Robert Kenedi və Yosinori Muto fərqlənib.

İkinci hissədə mankunianlar matçın gedişatını dəyişə biliblər. Əvvəlcə Xuan Mata və Antoni Marsyal ardarda fərqlənib. Komandanın qələbə topunu isə 90-cı dəqiqədə Aleksis Sançes vurub.

'Mançester Yunayted' bu qələbə sayəsində turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. 'Nyukasl' 19-cu yerdə qalıb.

İngiltərə Premyer Liqası. 8-ci tur

'Mançester Yunayted' – 'Nyukasl Yunayted' - 3:2

Qollar: 0:1 – Kenedi – 7, 0:2 – Muto – 10, 1:2 – Mata – 70, 2:2 – Marsyal – 76, 3:2 – Sançes – 90


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər