'Latsio'nun futbolçusu irqçiliyə görə 20 gün müddətinə cəzalandırılıb

'Latsio'nun futbolçusu irqçiliyə görə 20 gün müddətinə cəzalandırılıb

Bakı. 23 dekabr. İtaliyanın 'Latsio' futbol klubunun bosniya və herseqovinalı yarımmüdafiəçisi Senad Luliç irqçilik nümayiş etdirdiyinə görə 20 gün müddətinə və 10 min avro məbləğində cəzalandırılıb.

'Xeberler.ru' 'Associated Press'ə istinadən xəbər verir ki, o, 4 dekabr derbisində komandasının 0:2 hesablı məğlubiyyətindən sonra 'Roma'nın qaradərili futbolçusu Antonio Rüdiqerə qarşı irqçi təhqirlərə yol verib.

Luliç matçsonrası müsahibəsində Rüdiqerin iki il əvvəl Almaniyanın Ştutqart şəhərində corab və kəmər satdığını bildirib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər