La Liqada 'El-Klasiko'ların tarixləri müəyyənləşib

La Liqada 'El-Klasiko'ların tarixləri müəyyənləşib

Futbol üzrə İspaniya La Liqasının 2019/2020 mövsümünün püşkü atılıb.

“Xeberler.ru” yarışın rəsmi saytına istinadən xəbər verir ki, çempionata avqustun 18-i start veriləcək. İlk turda son çempion “Barselona” “Atletik”in, “Real Madrid” isə “Selta”nın qonağı olacaq.

18 avqust

I tur

'Selta' – 'Real Madrid'

'Malyorka' – 'Eybar'

'Atletiko' – 'Xetafe'

'Espanyol' – 'Sevilya'

'Alaves' – 'Levante'

'Valensiya' – 'Real Sosyedad'

'Betis' – 'Valyadolid'

'Leqanes' – 'Osasuna'

'Atletik' – 'Barselona'

'Vilyarreal' – 'Qranada'

Qeyd edək ki, “Barselona” və “Real Madrid”in iştirakı ilə baş tutacaq mövsümün ilk “El-Klasiko”su oktyabrın 27-də 10-cu tura təsadüf edəcək. Birinci görüş “Nou Kamp”da olacaq. Bu komandaların “Santyaqo Bernabeu”dakı dueli isə 2020-ci il martın 1-də 26-cı tur çərçivəsində keçiriləcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər