Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib

Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib

Bakı. 6 fevral. Bu il Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib. 'Xeberler.ru'un məlumatına görə, son vəsiqəni Afrika Millətlər Kubokunun qalibi Kamerun yığması qazanıb.

'Ramedilməz Şirlər' B qrupunda Çili, Avstraliya və Almaniya birgə yer alacaq. A qrupunda isə Rusiya, Portuqaliya, Yeni Zelandiya və Meksika çıxış edəcək.

Qeyd edək ki, Konfederasiyalar Kuboku iyunun 17-dən iyulun 2-dək Rusiyanın Kazan, Soçi, Sankt-Peterburq və Moskva şəhərlərində keçiriləcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər