'Kəpəz' doğma meydanda AZAL-ın müqavimətini qıra bilməyib - VİDEO

'Kəpəz' doğma meydanda AZAL-ın müqavimətini qıra bilməyib - VİDEO

Bakı. 13 avqust. Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.

'Xeberler.ru'un məlumatına görə, günün yeganə görüşü Gəncədə baş tutub.

Yerli 'Kəpəz' Bakı təmsilçisi AZAL-ı qəbul edib. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

'Kəpəz” – AZAL – 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə. Şəhər stadionu

Turun ilk görüşündə 'Sumqayıt' evində 'Qarabağ'a 0:2 hesabı ilə uduzub. 'Qəbələ' isə 'İnter'lə sülh bağlayıb - 0:0.

Qeyd edək ki, tura avqustun 14-də keçiriləcək 'Neftçi' - 'Zirə' maçtı ilə yekun vurulacaq.


Mənbə: Report.az

Reklamlar