Kamerun millisinin baş məşqçisi: 'Azərbaycan taktiki və müdafiə baxımından bizə problem yaratdı'

Kamerun millisinin baş məşqçisi: 'Azərbaycan taktiki və müdafiə baxımından bizə problem yaratdı'

Bakı. 8 may. 'Təşkilatçı ölkə ilə oynamaq çox xoş idi. Hər iki komanda qələbə qazanmaq üçün bütün səylərini səfərbər etdi. Azərbaycan yığması taktiki və müdafiə baxımından bizə problem yaratdı. Qol vurmaq üçün bir neçə imkanımız oldu'.

'Xeberler.ru'un məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Kamerun milli komandasının baş məşqçisi Riçard Tova IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsi çərçivəsində Azərbaycan yığması ilə 0:0 heç-heçədən sonra deyib.

Kamerunlu mütəxəssis bildirib ki, hər iki kollektiv bir-birinə hörmətlə yanaşıb. O, matçı yüksək qiymətləndirdiklərini söyləyib:

'Bu gün Azərbaycanın da oyununu gördüm, qrupdakı digər komandaların da. İndidən şanslar barədə heç nə demək olmaz. Komandamız 18-20 yaşlı gənclərdən təşkil olunub. Bu cür matçlarda səhvləri görüb, nəticə çıxardırıq'.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər