İspaniya Kuboku: 'Barselona' 'Real Sosyedad'ı darmadağın edərək yarımfinala çıxıb

İspaniya Kuboku: 'Barselona' 'Real Sosyedad'ı darmadağın edərək yarımfinala çıxıb

Bakı. 27 yanvar. Kataloniyanın 'Barselona' klubu futbol üzrə İspaniya Kubokunun ikinci ¼ final oyununda 'Real Sosyedad' üzərində 5:2 hesabı ilə qələbə qazanıb.

'Xeberler.ru' xəbər verir ki, görüş Barselona şəhərinin 'Kamp Nou' stadionunda baş tutub.

Ev sahiblərinin heyətində Denis Suares 17 və 82-ci dəqiqələrdə dubl edib, həmçinin Lionel Messi (55, penaltidən), Luis Suares (63) və Arda Turan (80) hərəyə bir dəfə fərqləniblər. Qonaqların qollarını Xuanmi (62) və Villian Joze (73) vurub.

Bundan əvvəl yarımfinala 'Alaves', 'Selta' və 'Atletiko' komandaları vəsiqə qazanıb. Yarımfinal cütləri cümə günü keçiriləcək püşkatma yolu ilə müəyyən ediləcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər