“İnter” - “Fola Eş” oyununu idarə edəcək hakimlər açıqlanıb

“İnter” - “Fola Eş” oyununu idarə edəcək hakimlər açıqlanıb

Bakı. 10 iyul. Bakının “İnter” komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Fola Eş” ilə ilk oyununu idarə edəcək hakimlər açıqlanıb.

“Xeberler.ru”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 12-də “Dalğa Arena”da baş tutacaq görüş israilli ədalət təmsilçilərinə həvalə olunub.

Matçın referisi Eytan Şmuleviçdir. Ona Nisan Davidi və Saqi Mazamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Daniel Bar-Natan yerinə yetirəcək.

Qeyd edək ki, “İnter” - “Fola Eş” qarşılaşması saat 20:00-da başlayacaq.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər