Bakı. 4 oktyabr. Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeytin müqaviləsinin müddəti uzadılıb.
'Xeberler.ru'un İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Sautqeyt 2016-ci ildən İngiltərə milli komandasının baş məşqçisi vəzifəsində çalışır. Onun əvvəlki müqaviləsinin müddəti 2020-ci ilə qədər idi.
Manaf QASIMBƏYLİ
Mənbə: Report.az