Futbolçu Ueyn Runi pulsuz 'Everton'a keçə bilər

Futbolçu Ueyn Runi pulsuz 'Everton'a keçə bilər

Bakı. 22 mart. İngiltərənin 'Mançester Yunayted' klubunun hücumçusu Ueyn Runi, çox güman ki, yayda Liverpul komandasından kompensasiya almadan peşəkar karyerasına başladığı 'Everton'a keçə bilər.

'Xeberler.ru' xəbər verir ki, bu barədə 'Mançester Yunayted'dəki mənbəyə istinadən 'Independent' nəşri yazıb.

Qeyd olunur ki, 'MY' 'Everton'nun 31 yaşlı futbolçuya həftədə 150 min funt sterlinq əmək haqqı verəcəyi təqdirdə, onu pulsuz buraxmağa hazırdır. Hazırda futbolçu həftəsinə 230 min funt sterlinq alır.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər