Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub

Bakı. 4 noyabr. Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

'Xeberler.ru'un məlumatına görə, turun 'Bakcell' arenada keçirilən sonuncu görüşündə 'Zirə' 'Səbail'i qəbul edib.

Rəhim Həsənovun hakimlik etdiyi oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Oyunun ilk hissəsində komandalar qapılar qarşısında təhlükəli vəziyyət yarada bilməyib. 60-cı dəqiqədə 'Sabail'in heyətində Şəhriyar Rəhimov 2-ci sarı vərəqəni alaraq meydandan qovulub.

Bundan sonra say üstünlüyünə yiyələnən 'Zirə' bir neçə təhlükəli epizod yaradıb. Amma 'Səbail'in qapıçısı Emil Balayev komandasını qoldan xilas edib. Beləliklə, görüş qolsuz yekunlaşıb.

Bu nəticədən sonra 'Zirə' xallarını 5-ə çatdırsa da, yenə sonuncu - 8-ci yerdə qərarlaşıb. 'Səbail' isə 17 xalla 3-cü pillənin sahibidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında 'Neftçi' səfərdə 'Keşlə'yə 1:0, 'Qarabağ' evdə 'Sumqayıt'a 2:0, 'Qəbələ' 'Sabah'a 2:1 hesabı ilə qalib gəlib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər