Fransa klubunun 18 yaşlı futbolçusu vəfat edib

Fransa klubunun 18 yaşlı futbolçusu vəfat edib

Bakı. 7 aprel. Fransanın II Divizionunda çıxış edən “Havr” klubunun futbolçusu Samba Diop vəfat edib.

“Xeberler.ru” xəbər verir ki, 18 yaşlı müdafiəçi bu gecə dünyasını dəyişib.

Onun ölümünün səbəbi açıqlanmayıb. 

S.Diop cari mövsümdə “Havr”ın əvəzedici heyətində 21 oyun keçirib.

Xatırladaq ki, ötən ay Fransanın “Tur” komandasının futbolçusu Tomas Rodriqes və İtaliya təmsilçisi “Fiorentina”nın kapitanı Davide Astore dünyasını dəyişmişdi.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər