FIFA Rusiyaya 60 milyon dollar ayıracaq

FIFA Rusiyaya 60 milyon dollar ayıracaq

Bakı. 27 fevral.  FIFA dünya çempionatının irsi proqramı çərçivəsində Rusiyaya ən azı 60 milyon dollar ayıracaq.

“Xeberler.ru” TASS-a istinadən xəbər verir ki, bu barədə 2018-ci ildə Rusiyada keçirilən mundialın Təşkilat Komitəsinin sədri Arkadi Dvorkoviç bildirib.

Qeyd edək ki, Rusiyadakı dünya çempionatı 14 iyun – 15 iyulda keçirilib. Yarışın qalibi Fransa millisi olub.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər