'Fənərbağça' - 'Beşiktaş' görüşündə qalib müəyyənləşməyib

'Fənərbağça' - 'Beşiktaş' görüşündə qalib müəyyənləşməyib

Bakı. 25 sentyabr. Türkiyə Super Liqasında VI turun mərkəzi görüşü 'Fənərbağça' və 'Beşiktaş' komandaları arasında keçirilib.

'Xeberler.ru' xəbər verir ki, 'Şükrü Saracoğlu' stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Hesabı 40-cı dəqiqədə qonaqların hücumçusu Rayan Babel açıb. 71-ci dəqiqədə isə Andre Ayyu meydan sahiblərinin bərabərlik qolunu vurub. 90+3-cü dəqiqədə 'qara qartallar'ın oyunçusu Caner Erkin qırmızı vərəqə alıb.

Bu nəticədən sonra xallarını 11-ə yüksəldən 'Beşiktaş' 4-cü, 7 xala malik 'Fənərbağça' 13-cü pillədə qərarlaşıb. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər