Ərəb klubu tanınmış baş məşqçini istefaya göndərib

Ərəb klubu tanınmış baş məşqçini istefaya göndərib

Bakı. 19 yanvar. Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli işsiz qalıb.

“Xeberler.ru” xəbər verir ki, 60 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” komandasının sükanı arxasından istefaya göndərilib.

Qərarın səbəbi açıqlanmır. Onun ötən ilin mayından rəhbərlik etdiyi kollektiv ölkə çempionatında 12 turdan sonra 17 xalla 4-cü pillədə qərarlaşıb və liderdən 11 xal geri qalır.

Qeyd edək ki, 2010 – 2014-cü illərdə İtaliya millisinin baş məşqçisi olmuş Çezare Prandelli karyerası ərzində İtaliyanın “Roma”, “Fiorentina”, Türkiyənin “Qalatasaray” və İspaniyanın “Valensiya” kimi komandalarına rəhbərlik edib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər