Elxan Məmmədov: 'UEFA Avroliqa oyunlarının 'Dalğa Arena'da keçirilməsinə razılıq verəcək'

Elxan Məmmədov: 'UEFA Avroliqa oyunlarının 'Dalğa Arena'da keçirilməsinə razılıq verəcək'

Bakı. 2 sentyabr. 'UEFA qrup mərhələsinin oyunlarının 'Dalğa Arena'da keçirilməsinə razılıq verəcək'.

Bunu 'Xeberler.ru'a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

İndiyədək UEFA nümayəndəsi kimi bir neçə oyuna təyinat almış baş katib təcrübəsinə əsasən, belə qənaətə gəldiyini bildirib. Onun fikrincə, Avropa Liqasının qrup mərhələsində Çexiya 'Slovan'ı ilə ev oyununu Bakı Olimpiya Stadionu və ya 'Dalğa Arena'da keçirməsi 'Qarabağ' klubunun seçimindən asılı olacaq.

Qeyd edək ki, bu gün UEFA nümayəndəsi qrup oyunlarını keçirməyə nə dərəcədə yararlı olduğunu müəyyənləşdirmək üçün 'Dalğa Arena'ya baxış keçirib. Monitorinqin nəticələri hələ rəsmən açıqlanmayıb. Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yararsız vəziyyətə düşdüyü üçün 'Qarabağ' Bakı Olimpiya Stadionu və 'Dalğa Arena' arasında seçim edir. Ağdam klubu 'Dalğa Arena'ya üstünlük verdiyini desə də, UEFA hələ yekun qərarını açıqlamayıb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər