Çempionlar Liqasının ilk yarımfinal matçı: 'Liverpul' 'Roma'nı məğlub edib

Çempionlar Liqasının ilk yarımfinal matçı: 'Liverpul' 'Roma'nı məğlub edib

Bakı. 25 aprel. Futbol üzrə Çempionlar Liqasında ilk yarımfinal görüşü keçirilib.

'Xeberler.ru'un məlumatına görə, İngiltərə 'Liverpul'u İtaliyanın 'Roma' komandasını qəbul edib. 'Enfild' stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

'Liverpul' ilk 4 qolunu Məhəmməd Salahın birbaşa iştirakı ilə vurub. Misirli hücumçu fasiləyədək 2 dəfə fərqlənərək, keçmiş komandasını məyus edib. İkinci hissədə isə o, Sadio Mane və Roberto Firminoya məhsuldar ötürmə verib. Daha sonra Firmino da 'dubl' müəllifi olub.

Lakin Salahın 75-ci dəqiqədə əvəzlənməsindən sonra 'Roma' fəallaşıb. Bunun nəticəsində italiyalılar 2 qol vuraraq, fərqi azaldıblar. Əvvəlcə Edin Ceko, daha sonra penaltidən Dieqo Perotti fərqlənib.

Mayın 2-də keçiriləcək cavab görüşündə 'Roma' finala adlamaq üçün, əvvəlki mərhələdəki kimi, ən azı 3 cavabsız qolla qalib gəlməlidir. Bunadək 'sarı-qırmızılar' İspaniya 'Barselona'sına da səfərdə 1:4 hesabı ilə uduzduqları halda, evdə böyük hesablı qələbəyə nail olmuşdular.

Çempionlar Liqası

1/2 final, ilk oyun

24 aprel

22:45. 'Liverpul” (İngiltərə) – 'Roma” (İtaliya) - 5:2

Qollar: Mohamed Salah, 36; 45+1. Sadio Mane, 56. Roberto Firmino, 61; 69 - Edin Ceko, 81. Dieqo Perotti, 85-penalti ilə

Baş hakim: Feliks Brıx (Almaniya)

Liverpul, 'Enfild' stadionu

Qeyd edək ki, digər yarımfinal görüşü bu gün Almaniyada 'Bavariya' ilə İspaniya 'Real Madrid'i arasında keçiriləcək.   


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər