Çempionlar Liqası: 'Roma' səfərdə 'Çelsi' ilə məhsuldar heç-heçə edib - VİDEO

Çempionlar Liqası: 'Roma' səfərdə 'Çelsi' ilə məhsuldar heç-heçə edib - VİDEO

Bakı. 19 oktyabr. Futbol üzrə Çempionlar Liqasının III turuna daha 4 qrupda keçirilmiş 8 oyunla yekun vurulub.

'Xeberler.ru' xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qrupunda yer alan kollektivlər üz-üzə gəlib.

'Qarabağ'ın ilk xalını qazandığı C qrupunda İngiltərənin 'Çelsi' və İtaliyanın 'Roma' komandaları da məhsuldar heç-heçə ilə kifayətləniblər.

A qrupundakı hər iki görüşdə qonaqlar qələbə qazanıb. MOİK Rusiyada İsveçrə 'Bazel'inə 2, 'Benfika' Portuqaliyada İngiltərə 'Mançester Yunayted'inə 1 cavabsız qolla yenilib.

B qrupundakı hər iki qarşılaşmada böyük hesab qeydə alınıb. 'Bavariya” yeni baş məşqçi Yupp Haynkesin rəhbərliyi altında Almaniyada Şotlandiya 'Seltik”ini 3, Fransa PSJ-si isə Belçikada 'Anderlext'i 4 dəfə məyus edib.

Nəhayət, D qrupunda İtaliya 'Yuventus'u Portuqaliya 'Sportinq'ini, İspaniya 'Barselona'sı isə Yunanıstan 'Olimpiakos'unu yenib.

Çempionlar Liqası, Qrup mərhələsi, III tur

18 oktyabr

A qrupu

22:45. MOİK (Rusiya) - 'Bazel' (İsveçrə) - 0:2

Qollar: Taulant Caka, 29. Dimitri Oberlin, 90

22:45. 'Benfika' (Portuqaliya) - 'Mançester Yunayted' (İngiltərə) - 0:1

Qol: Markus Reşford, 64

Xal durumu: 'Mançester Yunayted' - 9, 'Bazel' - 6, MOİK - 3, 'Benfika' - 0.

B qrupu

22:45. 'Bavariya' (Almaniya) - 'Seltik' (Şotlandiya) - 3:0

Qollar: Tomas Müller, 17. Coşua Kimmix, 29. Mats Hummels, 51

22:45. 'Anderlext' (Belçika) - PSJ (Fransa) - 0:4

Qollar: Kilian Mbappe, 3. Edinson Kavani, 44. Neymar, 66. Anxel Di Maria, 88

Xal durumu: PSJ – 9, 'Bavariya” - 6, 'Seltik” – 3, 'Anderlext” – 0.

C qrupu

22:45. 'Çelsi' (İngiltərə) - 'Roma' (İtaliya) - 3:3

Qollar: David Luis, 11. Eden Azar, 37; 75 - Aleksandar Kolarov, 40. Edin Ceko, 64; 70


20:00. 'Qarabağ' (Azərbaycan) - 'Atletiko' (İspaniya) - 0:0

Qırmızı vərəqə: Dino Ndlovu, 75 ('Qarabağ')


Xal durumu: 'Çelsi” – 7, 'Roma” – 5, 'Atletiko” – 2, 'Qarabağ” – 1.

D qrupu

22:45. 'Yuventus' (İtaliya) - 'Sportinq' (Portuqaliya) - 2:1

Qollar: Miralem Pyaniç, 29. Mario Mancukiç, 84 - Aleks Sandro, 12-öz qapısına

22:45. 'Barselona' (İspaniya) - 'Olimpiakos' (Yunanıstan) - 3:1

Qollar: Dimitris Nikolau, 18-öz qapısına. Lionel Messi, 61. Lüka Din, 64 - Dimitris Nikolau, 90

Xal durumu: 'Barselona” – 9, 'Yuventus” – 6, 'Sportinq” - 3, 'Olimpiakos” – 0.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər