Çempionlar Liqası: 'Atletiko' inamlı, 'Mançester Siti' əzmkar qələbə qazanıb - VİDEO

Çempionlar Liqası: 'Atletiko' inamlı, 'Mançester Siti' əzmkar qələbə qazanıb - VİDEO

Bakı. 21 fevral. Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

'Xeberler.ru'un məlumatına görə, son 2 matç İspaniyaAlmaniyada keçirilib.

Final oyununun təşkil olunacağı Madriddəki 'Metropolitano' stadionunda 'Atletiko' və İtaliyanın 'Yuventus' klubları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 78-ci dəqiqəXose Maria Ximenes, 83-cü dəqiqədə isə Dieqo Qodin vurub.

'Şalke' isə İngiltərənin 'Mançester Siti' komandasını qəbul edib. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2. Hesabı 18-ci dəqiqədə 'şəhərlilər'in ən məhsuldar hücumçusu Serxio Aqüero 18-ci dəqiqədə açıb. Meydan sahibləri bu qola fasiləyədək Nabil Bentalebin 38 və 45-ci dəqiqələrdə penaltidən vurduğu qollarla cavab veriblər. 68-ci dəqiqədə 'Mançester Siti'nin futbolçusu Nikolas Otamendi qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Bununla belə, İngiltərə təmsilçisi Leroy Sanenin 86-cı, Rahim Sterlinqin isə 90-cı dəqiqədə vurduğu qollarla qələbəyə nail olub.

Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki ilk oyunlarında 'Roma' İtaliyada Portuqaliya 'Portu'suna 2:1, 'Tottenhem' İngiltərədə Almaniyanın 'Borussiya' (Dortmund) komandasına 3:0 hesabı ilə qalib gəlib. Fransa PSJ-si İngiltərədə 'Mançester Yunayted'i 2:0, İspaniya 'Real Madrid'i Hollandiyada 'Ayaks'ı 2:1 hesabı ilə yenib. 'Liverpul' (İngiltərə) - 'Bavariya' (Almaniya) və 'Lion' (Fransa) - 'Barselona' (İspaniya) görüşləri isə qolsuz yekunlaşıb. Cavab görüşləri 5-6 və 12-13 martda keçiriləcək.


Mənbə: Report.az

Reklamlar