'Çelsi' klubu 'Yuventus'un futbolçusunu icarəyə götürüb - VİDEO

'Çelsi' klubu 'Yuventus'un futbolçusunu icarəyə götürüb - VİDEO

Bakı. 24 yanvar. İngiltərənin 'Çelsi' klubu İtaliya 'Yuventus'unun futbolçusu Qonsalo İquainlə müqavilə bağlayıb.

'Xeberler.ru'un 'zadəganlar'ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı hücumçu ilə mövsümün sonunadək anlaşma əldə olunub.

Təcrübəli oyunçu 9 nömrəli forma ilə çıxış edəcək.

Argentinalı forvard mövsümün ilk yarısını icarə əsasında 'Milan'da keçirib. O, A Seriyasında 15 oyunda 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Qonsalo İquainin mövsümün sonunda 36 milyon avroya birdəfəlik alınması şərti ilə icarəyə götürüldüyü bildirilir. 


Mənbə: Report.az

Reklamlar