Bu gün 'Qarabağ'ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək

Bu gün 'Qarabağ'ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək

Bu gün Azərbaycan çempionu 'Qarabağ'ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.

'Xeberler.ru' xəbər verir ki, püşkatma qurumun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunacaq və Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Ağdam təmsilçisi təsnifat mərhələsində səpələnmişlər səbətində yer alıb. Mümkün rəqiblər isə 'Valletta' (Malta), 'Sarayevo' (Bosniya və Herseqovina), 'Sutyeska' (Monteneqro), 'Partizani' (Albaniya) və 'Saburtalo' (Gürcüstan) klublarıdır.

Çempionlar Liqası I təsnifat mərhələsi

I qrup

Səpələnmişlər: 'Astana' (Qazaxıstan), 'Lüdoqorets' (Bolqarıstan), 'Srvena Zvezda' (Serbiya), 'Şkendiya' (Makedoniya), AIK (İsveç)

Səpələnməmişlər: 'Suduva' (Litva), 'Ferensvaroş' (Macarstan), ÇFR (Kluj, Rumıniya), 'Nomme Kalyu' (Estoniya), 'Ararat' (Ermənistan)

II qrup

Səpələnmişlər: 'Seltik' (Şotlandiya), 'Qarabağ' (Azərbaycan), 'Şerif' (Moldova), 'Düdelanj' (Lüksemburq), 'Slovan' (Slovakiya),

Səpələnməmişlər: 'Valletta' (Malta), 'Sarayevo' (Bosniya və Herseqovina), 'Sutyeska' (Monteneqro), 'Partizani' (Albaniya), 'Saburtalo' (Gürcüstan)

III qrup

Səpələnmişlər: BATE (Belarus), 'Maribor' (Sloveniya), 'Rusenborq' (Norveç), HİK (Finlandiya), 'Dundalk' (İrlandiya), TNS (Uels)

Səpələnməmişlər: 'Pyast' (Polşa), 'Valyur' (İslandiya), 'Linfild' (Şimali İrlandiya), 'HB Torshavn' (Farer adaları), 'Riqa' (Latviya), ilkin mərhələnin qalibi

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər