Braziliyalı futbolçu: 'Neftçi'nin çempion olmaq üçün çox yaxşı şansı var'

Braziliyalı futbolçu: 'Neftçi'nin çempion olmaq üçün çox yaxşı şansı var'

Bakı. 8 fevral.  “Neftçi” Premyer Liqanın lideridir və çempion olmaq üçün çox yaxşı şansı var. Lakin komandalarını “transfer pəncərəsi” dövründə güclənməyə çalışmaları təbiidir və bu dəfə hədəflərdən biri mən oldum”.

“Xeberler.ru” xəbər verir ki, bunu qış fasiləsində “Neftçi”dən Cənubi Koreyanın “Tequ” klubuna keçən Dario Frederiko torcedores.com saytına deyib. 28 yaşlı braziliyalı hücumçu həmyerlisinin bu komandada oynadığını vurğulayıb: “Tequ”da möhtəşəm il keçirməyi və komandanı mümkün qədər yuxarılara götürə biləcəyimizə ümid edirəm”.

Braziliyalı oyunçu Cənubi Koreya Liqasının səviyyəsindən də söz açıb: 'Cənubi Koreya Liqası qətiliklə Avropa xaricində dünyanın ən yaxşı çempionatlarından biridir. Bundan əlavə, Asiya futbolu investisiyaların artması və dünyanın hər yerindən diqqəti cəlb etməsi ilə çox böyüyür. Uzun müddət burada qalacağıma ümid edirəm”.

Qeyd edək ki, Dario Frederiko “Tequ” ilə iki illik müqavilə imzalayıb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər