“Boka Xuniors” baş məşqçisi ilə yollarını ayırıb

“Boka Xuniors” baş məşqçisi ilə yollarını ayırıb

Bakı. 15 dekabr.  Libertadores Kubokunun finalında əzəli rəqibi “River Pleyt”ə uduzan “Boka Xuniors”un baş məşqçi Gilyermo Skelotto postunu tərk edib.

“Xeberler.ru” xəbər verir ki, bu barədə Argentina təmsilçisinin baş məşqçisi Daniel Anhelisi “Frans-Press”ə bildirib. 

45 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.

G.Skelottonu əvəzləməyə ən real namizəd kimi hazırda vətəni Braziliyada “Palmeyras”a rəhbərlik edən Luis Felipe Skolari göstərilir.

Qeyd edək ki, G.Skelotto 2016-cı il martın 1-dən “Boka Xuniors”un baş məşqçisi idi.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər