Baş məşqçi: 'Hollandiya ilə oyundan razı qaldım'

Baş məşqçi: 'Hollandiya ilə oyundan razı qaldım'

Bakı. 23 mart.  “Yaxşı oynadıq. İstər müdafiədə, istərsə də hücumda nümayiş etdirdiyimiz oyundan razı qaldım'. 'Xeberler.ru' xəbər verir ki, bunu futzal üzrə dünya çempionatının seçmə mərhələsinin 'play-off' raundunda keçirilmiş Hollandiya-Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Tino Perez affa.az-a açıqlamasında bildirib. 

Üstəlik, rəqibin də etmək istədiklərini sanki əvvəlcədən bilərək önləyici tədbirlər görməyi bacardıq. Bununla belə, sakitləşmək, cavab oyununa rahat çıxmaq olmaz. Bakıdakı qarşılaşmada da aqressiv və istəkli olmalıyıq. Yalnız cavab oyununda sərfəli nəticə əldə edə bilsək, dünya çempionatına vəsiqə qazanmağımızı yüksək əhval-ruhiyyə ilə qeyd edə bilərik”, - deyə baş məşqçi vurğulayıb.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər