'Barselona' klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

'Barselona' klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

Bakı. 15 fevral.  İspaniyanın 'Barselona' klubu baş məşqçi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb.

'Xeberler.ru' Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə 1+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Ernesto Valverde 2017-ci ilin mayından 'Barselona'ya rəhbərlik edir. Onun müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaqdı.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər