“Barselona” klubu 9 milyon avroya müdafiəçi transfer edəcək

“Barselona” klubu 9 milyon avroya müdafiəçi transfer edəcək

Bakı. 12 dekabr. İspaniyanın “Barselona” klubu qış fasiləsində Kolumbiya yığmasının futbolçusu Erri Minanı transfer edəcək.

“Xeberler.ru” AS-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hazırda Braziliyanın “Palmeyras” klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçi üçün 9 milyon avro ödəyəcək.

Keçidin yanvarda baş tutmasının səbəbi komandanın digər müdafiəçiləri – Samüel Umtitinin zədəli, Xavyer Maskeranonun isə gələcəyinin qeyri-müəyyən olmasıdır.

Qeyd edək ki, Mina daha əvvəl vətənində “Deportivo Pasto” və “Santa-Fe” komandalarında çıxış edib.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər