Bakının 'İnter' klubunun Antalya toplanışındakı bütün rəqibləri dəqiqləşib

Bakının 'İnter' klubunun Antalya toplanışındakı bütün rəqibləri dəqiqləşib

Bakı. 8 yanvar.  Hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Bakının 'İnter' klubunun keçirəcəyi 4 yoldaşlıq oyununda bütün rəqibləri müəyyənləşib. 'Xeberler.ru'un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk 2 rəqib Almaniya 'Verder'inin 23 yaşadək futbolçulardan ibarət və əsas komandaları olacaq. 

Oyunlar müvafiq olaraq, yanvarın 13-də saat 17:00-da və yanvarın 15-də saat 14:00-da baş tutacaq. Yanvarın 19-da 'İnter' Çexiyanın 'Slovan', yanvarın 23-də isə Qazaxıstanın 'Atırau' klubu ilə üz-üzə gələcək.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər