Bakı Olimpiya Stadionunda UEFA seminarı keçiriləcək

Bakı Olimpiya Stadionunda UEFA seminarı keçiriləcək

Bakı. 18 oktyabr.  Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA seminarı keçiriləcək.

'Xeberler.ru' AFFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 29-dan noyabrın 1-dək təşkil olunacaq seminar “Məktəblərdə futbol” (Football in Schools) mövzusunda olacaq.  

Tədbirdə AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edəcək. 

UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşəcəklər.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər