Azərbaycanın gənclərdən ibarət milli komandası beynəlxalq turnirdə ilk oyununu keçirib

Azərbaycanın gənclərdən ibarət milli komandası beynəlxalq turnirdə ilk oyununu keçirib

Bakı. 1 mart. Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” beynəlxalq turnirində ilk oyununu keçirib. 

'Xeberler.ru' xəbər verir ki, yığma ilk matçda Rusiya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, yığma növbəti görüşünü martın 3-də Belarusa qarşı keçirəcək. Komanda martın 5-də isə İranla qarşılaşacaq. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər