Azərbaycan yığmasının təlim-məşq toplanışlarındakı rəqibləri müəyyənləşib

Azərbaycan yığmasının təlim-məşq toplanışlarındakı rəqibləri müəyyənləşib

Bakı. 7 yanvar.  Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə təlim-məşq toplanışlarına qatılacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. 

Bu barədə 'Xeberler.ru'a yığmanın baş məşqçisi Vüqar Məmməd məlumat verib. 41 yaşlı mütəxəssis bildirib ki, Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu keçirəcəklər. Milli yanvarın 21-də Rusiya 'Krasnodar'ının 3-cü komandası, yanvarın 24-də Küveytin U-19 yığması, yanvarın 30-da Moskva 'Dinamo'sunun əvəzediciləri ilə üz-üzə gələcək. Komandanın yanvarın 27-dəki rəqibi isə hələlik bəlli deyil. 

V. Məmməd fevralda İspaniyada nəzərdə tutulan hazırlıq prosesindəki rəqibləri də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan yığması fevralın 12-də İspaniyadan olan həmyaşıdları, fevralın 14-də yerli 'Mursiya'nın U-18 komandası, fevralın 17-də Şotlandiyanın eyni yaş qrupu üzrə millisi ilə qarşılaşacaq.  

Avropa çempionatının elit-raundu üçün hazırlıqlar yanvarın 12-də Bakıda başlanacaq. Türkiyə toplanışı 19 - 31 yanvarda, İspaniya təlimləri isə 10 - 18 fevralda olacaq.  

Qeyd edək ki, Azərbaycanın U-19 yığması Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də meydan sahibləri, martın 23-də İrlandiya, martın 26-da Rumıniya ilə qarşılaşacaq.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər