Azərbaycan yığmasının baş məşqçisi 'Qarabağ'ı təbrik edib

Azərbaycan yığmasının baş məşqçisi 'Qarabağ'ı təbrik edib

Bakı. 18 may.  Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 'Qarabağ' klubunu Azərbaycan çempionu olması münasibətilə təbrik edib. 'Xeberler.ru'un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis Ağdam klubuna Çempionlar Liqasında uğurlar arzulayıb.

Qeyd edək ki, 'Qarabağ' Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 16-da “Bakcell Arena”da 'Sumqayıt'ı 1:0 hesabı ilə məğlub edib. Bununla da ən yaxın izləyicisi 'İnter'i 8 xal qabaqlayan Qurban Qurbanovun komandası sona 2 tur qalmış ardıcıl ikinci dəfə çempion olub. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər