Azərbaycan Premyer Liqasının oyunu zamanı 65 metrdən qol vurulub

Azərbaycan Premyer Liqasının oyunu zamanı 65 metrdən qol vurulub

Bakı. 9 sentyabr. Bakının 'İnter' və Gəncənin 'Kəpəz' komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının IV turunun açılış oyununda gözəl qol vurulub. 'Xeberler.ru'un məlumatına görə, qeyri-adi qol 'İnter Arena'dakı matçın 37-ci dəqiqəsində qeydə alınıb.

Qonaq komandanın futbolçusu Kərim Diniyev mərkəz dairəsinin özlərinə aid hissəsindən - təxminən 65 metr məsafədən topu 'İnter'in qapısına göndərib. Bu qoldan sonra 'Kəpəz' fərqi azaldıb - 2:3. Komandalar fasiləyə elə bu hesabla da çıxıblar.  

Qeyd edək ki, Kərim Diniyev 'Kəpəz'in baş məşqçisi Şahin Diniyevin oğludur. 


Mənbə: Report.az

Reklamlar