Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb

Bakı. 8 sentyabr. Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. 'Xeberler.ru'un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 'Qəbələ' və 'Zirə' komandaları arasında keçiriləcək turun mərkəzi görüşü FİFA referisi Ömər Paşayevə tapşırılıb. 

Digər 2 qarşılaşma da beynəlxalq dərəcəli futbol hakimlərinə tapşırılıb. Əliyar Ağayev 'İnter' - 'Kəpəz', Rəhim Həsənov isə 'Sumqayıt' - 'Neftçi' matçında iş başında olacaq.  


9 sentyabr (şənbə)
20:30. “Qəbələ” – “Zirə”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu (CBC Sport/canlı)

17:00. “İnter” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Asim Xudiyev

“İnter Arena”

10 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

“Kapital Bank Arena” (CBC Sport/canlı)


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər