Azərbaycan Premyer Liqasında növbəti turun açılış oyununda qol vurulmayıb

Azərbaycan Premyer Liqasında növbəti turun açılış oyununda qol vurulmayıb

Bakı. 27 noyabr.  Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start verilib. 'Xeberler.ru'un məlumatına görə, ilk oyun günündə 'Kəpəz'lə 'İnter' komandaları üz-üzə gəlib.

Gəncə şəhər stadionunda keçirilmiş qarşılaşma qolsuz tamamlanıb. Qonaqların 29-cu dəqiqədə penaltidən fərqlənmək imkanını Nizami Hacıyev boşa verib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Tadas Simaitis dəf edib. Bununla da 'İnter' xallarını 24-ə çatdıraraq 2-ci, 'Kəpəz' isə 20 xalla 5-ci pillədə qalıb.

Bu, iki komanda arasında Premyer Liqada 20-ci qarşılaşma olub. 'Kəpəz' 4, 'İnter' 13 dəfə qalib gəlib, 3 oyunda heç-heçə qeydə alınıb. Topların nisbəti 18:39-dur. 'İnter' uduzmadığı son oyunların sayını 6-ya çatdırıb. Bunların 4-də qələbə qeydə alınıb. Gəncə təmsilçisi ardıcıl 3-cü ev oyununda xal qazana bilməyib. İlk dövrədəki qarşılaşmada 'bankirlər' qalib gəlmişdilər - 1:0. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər