Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib

Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib

Bakı. 18 fevral. Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində daha bir oyun keçirilib.

“Xeberler.ru”un məlumatına görə, günün ikinci matçında “Neftçi” – “Kəpəz”i qəbul edib.

“Bakcell Arena”da baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalardan heç biri qol vurmağa müyəssər olmayıb. Komandaların ölkə çempionatları tarixində 46-cı dueli 0:0 hesabı ilə yekunlaşıb.

Qeydə alınan qolsuz bərabərlikdən sonra “Neftçi” xalını 17-ə, “Kəpəz” 16-a çatdırıb. Komandaların turnir cədvəlindəki mövqeyi isə dəyişməz qalıb. Paytaxt təmsilçisi 6-cı, Gəncə klubu isə 7-ci pillədədir.

Qeyd edək ki, XIX turun bu gün baş tutan açılış oyununda “İnter” ilə “Zirə” heç-heçə edib (1:1). Həftəyə fevralın 19-da keçiriləcək 'Sumqayıt' - AZAL və 'Qəbələ' - 'Qarabağ' oyunları ilə yekun vurulacaq.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər