Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün hakim təyinatları açıqlanıb

Bakı. 12 sentyabr. Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün bütün təyinatlar açıqlanıb. 

'Xeberler.ru' Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçını İnqilab Məmmədov, 'Neftçi' - 'Keşlə' qarşılaşmasını isə Ramil Diniyev idarə edəcək. FİFA referilərindən heç kim baş hakim kimi təyinat almayıb.

14 sentyabr (cümə)

“Qarabağ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“Azərsun Arena”, 20:00

15 sentyabr (şənbə)

“Səbail” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Fazil Mürşüdov

“Bayıl Arena”, 20:30

16 sentyabr (bazar)

“Sabah” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşən Abdullayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Murad Məmmədov

“Əlincə Arena”, 19:00

“Neftçi” – “Keşlə”

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Xaqani Məmmədov

“Bakcell Arena”, 21:00

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər