Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib

Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib

Bakı. 13 avqust. Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib. 

'Xeberler.ru'un məlumatına görə, Zirədə eyniadlı komanda debütant 'Səbail'i qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Hesabı artıq 3-cü dəqiqədə Milan Düriç açıb. Bundan 6 dəqiqə sonra meydan sahibləri növbəti qol imkanı qazanıblar. Lakin Riçard Qadze penaltini dəqiq yerinə yetirə bilməyib. Bununla belə, Qadze 17-ci dəqiqədə 'Səbail'in qapıçısı Emil Balayevin kobud səhvindən yararlanaraq, fərqi artırıb. Qonaqlar təsəlli qolunu 43-cü dəqiqədə vurub. 'Səbail'in yeni transferi Vüqar Nadirov uzaq məsafədən dəqiq zərbə ilə yekun nəticəni müəyyənləşdirib.

'Sumqayıt' - 'Kəpəz' matçında da meydan sahibləri eyni hesabla qalib gəliblər. Hələ 16-cı dəqiqədə meydan sahiblərinin yeni transferi Cavid İmamverdiyev gözəl qola imza atıb. 52-ci dəqiqədə qonaq komandanın nigeriyalı legioneri Viktor Oseqeyl 'Sumqayıt' müdafiəçilərinin səhvindən yararlanaraq, hesabı bərabərləşdirib. Lakin 74-cü dəqiqədə Amil Yunanov matçda son nöqtəni qoyub.

Bu, turun 2:1 hesabı ilə nəticələnən 3-cü oyunu olub. Daha əvvəl 'Qəbələ' səfərdə 'İnter'i belə hesabla yenib. Turun açılış oyununda isə 'Neftçi' evdə 'Qarabağ'a uduzub - 1:3. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər