Azərbaycan Premyer Liqası: AZAL-ı məğlub edən 'Qarabağ' liderliyə yüksəlib

Azərbaycan Premyer Liqası: AZAL-ı məğlub edən 'Qarabağ' liderliyə yüksəlib

Bakı. 14 mart. Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

'Xeberler.ru'un məlumatına görə, 'Qarabağ' AZAL-ı qəbul edib. İlk 3 dövrədəki oyunlarında rəqibini 6:0, 1:0 və 2:1 hesabları ilə məğlub edən Ağdam klubu yenə ənənəsinə sadiq qalıb - 1:0. Meydan sahiblərinə qələbə gətirən qola Dino Ndlovu imza atıb. 

Bu qələbədən sonra xalını 48-ə çatdıran 'Qarabağ' birinci pilləyə yüksəlib. Hesabından 9 xal olan AZAL sonuncu - 8-ci pillədədir.

Qeyd edək ki, dünən XXII turun ilk oyun günündə 'Kəpəz' 'Zirə'ni, 'İnter' isə 'Sumqayıt'ı 1:0 hesabı ilə məğlub edib. IV dövrənin açılış həftəsinə bu gün saat 20:00-da başlayacaq 'Neftçi' - 'Qəbələ' oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXII tur

14 mart (çərşənbə axşamı)

17:00 “Qarabağ” – AZAL 1:0

Qol: Dino Ndlovu, 68

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Xaqani Məmmədov

“Azersun Arena”

İlk 3 dövrə - 6:0, 1:0 və 2:1


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər