Azərbaycan millisinin heyətindən daha bir futbolçu çıxarılıb

Azərbaycan millisinin heyətindən daha bir futbolçu çıxarılıb

Bakı. 10 noyabr. Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətindən daha bir futbolçu çıxarılıb. 'Xeberler.ru'un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 'Qəbələ' klubunun futbolçusu Ruslan Abışov yoldaşlıq görüşündə iştirak etməyəcək.

Buna səbəb 28 yaşlı müdafiəçinin zədəli olmasıdır.

Qeyd edək ki, bundan öncə AVRO-2016-nın seçmə qrup mərhələsində 3 qolla Azərbaycan millisinin bombardiri olmuş Almaniya 'Karlsrue'sinin yarımmüdafiəçisi Dmitri Nazarov da eyni səbəbdən heyətdən çıxarılıb. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər