Azərbaycan millisi FİFA reytinqində bir pillə geriləyib

Azərbaycan millisi FİFA reytinqində bir pillə geriləyib

Bakı. 18 yanvar.  FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. 

'Xeberler.ru'un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə bir pillə geriləyib.

Hazırda 281 xala malik komanda 118-ci pillədə qərarlaşıb. Ötən ay Azərbaycan yığması heç bir oyun keçirməyib. Növbəti matçlar isə yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Türkiyənin Antalya bölgəsində yanvarın 30-da Moldova, fevralın 2-də isə Kosovoya qarşı keçiriləcək. Hazırda Moldova 112 xalla 166-cı, Kosovo 97 xalla 178-ci sıradadır. Moldovalılar 1 pillə irəlilədikləri halda, kosovalılar eyni sayda geriləyiblər. 

Reytinqdə ilk 14 komandanın mövqeyində dəyişiklik olmayıb. Siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya 1483 xalla 2-ci, Portuqaliya isə 1358 xalla 3-cüdür.

Türkiyənin mövqeyində isə dəyişiklik baş verib. Bir pillə irəliləyərək 41-ci yerdə qərarlaşan “ay-ulduzlular” 735 xala malikdirlər.

Qeyd edək ki, növbəti reytinq siyahısı fevralın 15-də açıqlanacaq. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər