Azərbaycan Kuboku: 'Qəbələ' ilk yarımfinal matçında 'Qarabağ'ı məğlub edib - VİDEO

Azərbaycan Kuboku: 'Qəbələ' ilk yarımfinal matçında 'Qarabağ'ı məğlub edib - VİDEO

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

'Xeberler.ru' xəbər verir ki, raundun ilk oyununda yarışın sonuncu finalçısı 'Qəbələ' Premyer Liqanın lideri 'Qarabağ'ı qəbul edib. 

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada yeganə qolu 72-ci dəqiqədə Ceyms Adeniyi vurub.

Qeyd edək ki, günün digər yarımfinal matçında 'Sumqayıt' və 'Zirə' komandaları üz-üzə gələcək. Cavab görüşləri mayın 1-də olacaq. 


Mənbə: Report.az

Reklamlar