Avropa Liqasının rəmzi yığmasının tərkibi açıqlanıb

Avropa Liqasının rəmzi yığmasının tərkibi açıqlanıb

'InStat' şirkəti UEFA Avropa Liqasının rəmzi yığmasının tərkibini açıqlayıb.

'Xeberler.ru'un məlumatına görə, 11 futbolçudan 3-ü İngiltərənin 'Arsenal', hərəyə 2-si 'Çelsi', İspaniyanın 'Valensiya' və Almaniyanın 'Ayntraxt', hərəyə 1-i İtaliyanın 'Atalanta' və Rusiyanın 'Zenit' klublarındandır.

Komandanın tərkibi: Kevin Trapp ('Ayntraxt', Almaniya), Şkodran Mustafi ('Arsenal', İngiltərə), Muktar Dyakabi ('Valensiya', İspaniya), Rafael Toloy ('Atalanta', İtaliya), Martin Hinteregger ('Ayntraxt'), Enzli Meytlend-Naylz ('Arsenal'), Daniel Parexo ('Valensiya'), Ruben Loftus-Çik ('Çelsi', İngiltərə), Pyer-Emerik Obameyanq ('Arsenal'), Artyom Dzyuba ('Zenit', Rusiya), Eden Azar ('Çelsi')

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda 'Arsenal' və 'Çelsi' komandaları arasında keçiriləcək final oyunu saat 23:00-da başlanacaq. 


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər