Avropa Liqasında ilk tura yekun vurulub - NƏTİCƏLƏR

Avropa Liqasında ilk tura yekun vurulub - NƏTİCƏLƏR

Bakı. 21 sentyabr. Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

'Xeberler.ru' xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi 'Qarabağ' səfərdə Portuqaliya 'Sportinq'inə 0:2 hesabı ilə uduzub.

Ağdam komandasının yer aldığı E qrupunda 'Arsenal' İngiltərədə Ukrayna 'Vorskla'sını məğlub edib - 4:2. Meydan sahiblərindən Pyer-Emerik Obameyanq 32 və 56-cı dəqiqələrdə 'dubl' edib. Digər qolları 48-ci dəqiqədə Denni Uelbek və 74-cü dəqiqədə Məsut Özil vurub.

Türkiyə təmsilçilərindən 'Beşiktaş' Norveç 'Sarpsborq'unu darmadağın edib - 3:0. Hər 3 qol fasilədən sonra vurulub. 51-ci dəqiqədə Rayan Babel, 69-cu dəqiqədə Entso Rokko və 82-ci dəqiqədə Ceremeyn Lens fərqlənib.

'Akhisarspor' evdə Rusiya 'Krasnodar'ına yenilib - 0:1. Yeganə qolu 26-cı dəqiqədə Viktor Klaesson vurub.

'Fənərbağça' isə Xorvatiyanın paytaxtı Zaqrebdə 'Dinamo'ya böyük hesabla uduzub - 1:4. Hesabı 16-cı dəqiqədə meydan sahiblərindən İvan Şunyiç açıb. İzet Hayroviç 27 və 57-ci dəqiqələrdə dubl edib. 60-cı dəqiqədə isə Dani Olmo 'Dinamo'nun 4-cü qolunu vurub. 'Fənərbağça'dan isə təsəlli qolunun müəllifi 47-ci dəqiqədə Roman Nöyştadter olub.

Avropa Liqası

Qrup mərhələsi, I tur

20 senytabr

A qrupu

23:00. AEK (Larnaka, Kipr) - 'Sürix' (İsveçrə) - 0:1

23:00. 'Lüdoqorets' (Bolqarıstan) - 'Bayer' (Leverkuzen, Almaniya) - 2:3

B qrupu

23:00. 'Seltik' (Şotlandiya) - 'Rusenborq' (Norveç) - 1:0

23:00. 'Leyptsiq' (Almaniya) - 'Zaltsburq' (Avstriya) - 2:3

C qrupu

23:00. 'Kopenhagen' (Danimarka) - 'Zenit' (Rusiya) - 1:1

23:00. 'Slaviya' (Praqa, Çexiya) - 'Bordo' (Fransa) - 1:0

D qrupu

23:00. 'Dinamo' (Zaqreb, Xorvatiya) - 'Fənərbağça' (Türkiyə) - 4:1

23:00. 'Spartak' (Trnava, Slovakiya) - 'Anderlext' (Belçika) - 1:0

E qrupu

23:00. 'Arsenal' (İngiltərə) - 'Vorskla' (Poltava, Ukrayna) - 4:2

23:00. 'Sportinq' (Lissabon, Portuqaliya) - 'Qarabağ' (Azərbaycan) - 2:0

F qrupu

23:00. 'Düdelanj' (Lüksemburq) - 'Milan' (İtaliya) - 0:1

23:00. 'Olimpiakos' (Yunanıstan) - 'Betis' (İspaniya) - 0:0

G qrupu

20:55. 'Rapid' (Vyana, Avstriya) - 'Spartak' (Moskva, Rusiya) - 2:0

20:55. 'Vilyarreal' (İspaniya) - 'Reyncers' (Şotlandiya) - 2:2

H qrupu

20:55. 'Latsio' (İtaliya) - 'Apollon' (Kipr) - 2:1

20:55. 'Marsel' (Fransa) - 'Ayntraxt' (Almaniya) - 1:2

I qrupu

20:55. 'Beşiktaş' (Türkiyə) - 'Sarpsporq' (Norveç) - 3:1

20:55. 'Genk' (Belçika) - 'Malmö' (İsveç) - 2:0

J qrupu

20:55. 'Akhisarspor' (Türkiyə)- 'Krasnodar' (Rusiya) - 0:1

20:55. 'Sevilya' (İspaniya) - 'Standard' (Lyej, Belçika) - 5:1

K qrupu

20:55. 'Dinamo' (Kiyev, Ukrayna) - 'Astana' (Qazaxıstan) - 2:2

20:55. 'Renn' (Fransa) - 'Yablonets' (Çexiya) - 2:1

L qrupu

20:55. PAOK (Yunanıstan) - Çelsi' (İngiltərə) - 0:1

20:55. 'Videoton' (Macarıstan) - BATE (Belarus) - 0:2.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər