AVRO-2020: İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək - AFİŞA

AVRO-2020: İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək - AFİŞA

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura yekun vurulacaq.

'Xeberler.ru'un məlumatına görə, turun son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunacaq. A və B qruplarında 2, H qrupunda isə 3 matç keçiriləcək.

Son dünya çempionu Fransa Andorranı qəbul edəcək. Bu qrupda yer alan iddialı komandalardan Türkiyə Moldovanın, İslandiya isə Albaniyanın qonağı oalcaq.

A qrupunda ötən tur Çexiyanı 2:1 hesabı ilə məğlub edərək sensasiyaya imza atan Kosovo səfərdə İngiltərə ilə üz-üzə gələcək. Qrupun digər görüşündə isə Çexiya Monteneqro ilə qarşılaşacaq.

Nəhayət, B qrupunda Litva - Portuqaliya və Lüksemburq - Serbiya matçları baş tutacaq.

AVRO-2020, seçmə mərhələ

VI tur

A qrupu

22:45. İngiltərə - Kosovo

22:45. Monteneqro - Çexiya

Xal durumu: İngiltərə - 9 xal (3 oyuna), Kosovo – 8 (4), Çexiya - 6 (4), Monteneqro - 2 (4), Bolqarıstan – 2 (5).

B qrupu

22:45. Litva - Portuqaliya

22:45. Lüksemburq - Serbiya

Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 5 (3), Lüksemburq – 4 (4), Serbiya - 4 (4), Litva – 1 (4)

H qrupu

22:45. Albaniya - İslandiya

22:45. Fransa - Andorra

22:45. Moldova - Türkiyə

Xal durumu: Fransa - 12 xal (5 oyuna), Türkiyə - 12 (5), İslandiya – 12 (5), Albaniya – 6 (5), Moldova – 3 (5), Andorra – 0 (5).

Reklamlar
Oxşar xəbərlər