Antuan Qrizmann: 'Bakıda 3 xal qazanacağımıza əmin deyildik'

Antuan Qrizmann: 'Bakıda 3 xal qazanacağımıza əmin deyildik'

Bakı. 19 oktyabr. '3 xal qazanacağımıza əmin deyildik. Bilirdik ki, çətin olacaq. Çünki rəqib güclü idi'.

'Xeberler.ru'un məlumatına görə, bunu İspaniya 'Atletiko'sunun futbolçusu Antuan Qrizmann Bakıda 'Qarabağ'la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından sonra deyib.

Fransalı hücumçu qalan 3 oyunda qrupdan çıxmağa çalışacaqlarını açıqlayıb:

'Biz daha çox çalışmalıyıq ki, qollar vuraq. Effektiv işləməliyik. Çünki şanslarımızdan yararlana bilmirik. Qələbəyə doğru getsək də, buna nail olmağı bacarmırıq. Hücumçular hərdən dəqiq olmurlar. Mərhələ adlamaq üçün qarşıda daha 3 oyunumuz var. Sonadək mübarizə aparacağıq'.


Mənbə: Report.az

Reklamlar
Oxşar xəbərlər